• 1
  • 2
12

Yeniliklər

FIZIOTERAPIYA


FIZIOTERAPIYA UVC terapiya, Elektroforez, Fonoforez,(UZT),Darsanval terapiya  MANUAL TERAPİYA  Diz, Oynaq, Onurga problemləri  STOUN TERAPİYA  İsti və soyuq daşlarla stresdən müalicə  ÇİQUN TERAPİYA   Düzgün nəfəs almaq və Gimnastika vasitəsilə yirtigin müalicəsi  MÜALİCƏVİ MASAJLAR  Skolioz, Osteoxondroz, İflic, Travmalar və s.  UŞAQ MASAJLARI  KLASSİK MASAJLAR  QUAŞA  Meredianlarla masaj  Qədın Çin Təbabəti  (daxili orqanların müalicəsi )  KOSMETİK MASAJ...

Ozonoterapiya - 100 ildən çox yaşı olan qeyri-ənənəvi müalicə üsullarındandır.

Ozonoterapiya - 100 ildən çox yaşı olan qeyri-ənənəvi müalicə üsullarındandır.

Ozonterapiya bədənimizi və bədənimizdəki virusları oksigen ilə təmizləyir. Təmizləməklə yanaşı bədənimizi cavanlaşdırır, qırışları götürür, dərini təravətləndirir, elastikliyini artırır. Ozonterapiya zamanı toxumaların oksigen təminatı artır ,qanyaranma sürətlənir, damarlar genişlənir, orqanizmin immun sistemi aktivləşir.

Ozonun müalicəvi təsiri çox genişdir. Praktik olaraq yan təsiri yoxdur. Ozonterapiya prosedurları sadə və təhlükəsizdir.

Ozonla müalicə monoterapiya şəklində və ya dərman müalicəsi ilə yanaşı gedə bilər. Kompleks müalicədə ozonun istifadəsi dərmanların müalicəvi təsirini daha effektiv edir,yan təsirlərini azaldır, müalicə kursunun müddətinin və dərmanların dozasının azalmasına səbəb olur. Ozonun müalicəvi təsirinin çox geniş olması, praktik olraq yan təsirinin olmaması, ozonoterapiya prosedurlarının sadə və təhlükəsiz olması həkimlər və xəstələr arsında ozonoterapiyaya marağı artır.

Ozonoterapiyaya göstərişlər:

  • - Mama -ginekologiya: cinsi orqanların iltihabi xəstəlikləri, sonsuzluq, hamiləlik toksikozları, dölün hipoksiyası, dölün bətndaxili infeksiyalaşması,
  • - Damar patologiyaları: trofik yaralar, tromboflebit, aşağı ətraf damarlarının obliterasiyası, venaların varikoz genişlənmələri
  • - Qastroenterologiya: xroniki qastrit, kolit, mədə və onikibarmaq bağırsağın xora xəstəliyi, xroniki hepatit
  • - Oynaq xəstəlikləri: artritlər və artrozlar, osteoxondroz, xroniki osteomielit
  • - Kardiologiya: ürəyin işemik xəstəliyi, arterial hipertenziya
  • - Urologiya: pielonefrit, sistit, uretrit, prostatit
  • - Dermatologiya: furunkulyoz, piodermiya, herpes, göbələk xəstəlikləri, sklerodermiya, psoriaz, neyrodermit, ekzema, qırmızı yastı dəmrov, dermatozlar
  • - Kasmetologiya: sızanaqlar, sellülit, yerli lipodistrofiya, allopesiya
  • - Nevrologiya: beyin qan dövranının pozulmaları, periferik sinir sistemi xəstəlikləri, miqren
  • - Stomatologiya: stomatit, parodontoz, pulpit
  • - Göz xəstəlikləri: göz sinirinin atrofiyası, qüzehli qişanın atrofiyası, ağlı qişanın travması
  • - Anesteziya, reanimasya, intensiv terapiya: əməliyyatdan sonra, reanimasiyadan sonrakı dövrdə pozulmuş homeostazın korreksiyası, detoksikasiya olunmuş ozonoterapiya
  • - Infeksion xəstəliklər: virus xəstəlikləri və hepatitlər.
  • - Allergik xəstəliklər
  • - Şəkərli diabet və s

Ozonoterapiyaya əks göstəriş:

 - Kəskin miokard infarktı

- Qanaxma

- Hipertireoz

- Trombositopeniya

- Qıcolma sindromu

- Ozona qarşı allergiya.

Haqqımızdakı bütün yeniliklərdən xəbərdar olmaq üçün