• 1
  • 2
12

Yeniliklər

FIZIOTERAPIYA


FIZIOTERAPIYA UVC terapiya, Elektroforez, Fonoforez,(UZT),Darsanval terapiya  MANUAL TERAPİYA  Diz, Oynaq, Onurga problemləri  STOUN TERAPİYA  İsti və soyuq daşlarla stresdən müalicə  ÇİQUN TERAPİYA   Düzgün nəfəs almaq və Gimnastika vasitəsilə yirtigin müalicəsi  MÜALİCƏVİ MASAJLAR  Skolioz, Osteoxondroz, İflic, Travmalar və s.  UŞAQ MASAJLARI  KLASSİK MASAJLAR  QUAŞA  Meredianlarla masaj  Qədın Çin Təbabəti  (daxili orqanların müalicəsi )  KOSMETİK MASAJ...

Sağlam Həyat Tərziniz

Daha sağlam bir həyat üçün sizə zərər verən bütün xasiyyətlərinizdən imtina etməniz lazımdır. Əvvəlcə məqsədiniz arıqlamaqsa, öz həyat tərzinizi ən az bir həftə müşahidə etməlisiniz. Nələr edirsiniz, yemək və yuxu vərdişləriniz necədir, nizamlı şəkildə qəbul etdiyiniz qida növü nədir kimi suallara özünüz cavab tapmalısınız. Bu mərhələni keçdikdən sonra izləyəcəyiniz addımlar çox əhəmiyyətlidir

Həftəlik çəkinizi yoxlayın
İlk zamanlarda bu vəziyyət bir az sinir pozucudur. Tətbiq etdiyiniz diyetlərin dərhal qarşılığını almaq istəyərsiniz. Səbirli və nizamlı təqib kilovermə mərhələsində həssas bir tarazlıqdır. Həftəlik kilonuzu ölçmək nə qədər irəlilədiyinizi və tətbiq etdiyiniz proqramların sizin üçün faydalı olub-olmadığını görmək baxımından əhəmiyyətlidir.

Stress
Yalnız kilo verərkən deyil, həyatda streslə başa çıxmaq çətin bir vəziyyətdir. İş, ev, ailə həyatınız sizi gərginləşdirən faktorlar arasındadır. Buna bir də kilovermə problemi əlavə olununca, dözülməz hala gələ bilər, hər şeyə tez əsəbiləşə bilərsiniz. Bu anda baxış bucağınızı dəyişdirməli və sakit qalmaq üçün səy göstərməlisiniz. Araşdırmalara görə, kilo alan insanların bir çoxu stresli mühitlərdə olur. Və bu vəziyyət onlarda stresi yemək yeyərək basdırma duyğusunu qızışdırır. Məhz bu anlarda gərginlikdən uzaq dayanmalı, dayana bilmirsinizsə də, yeməklərlə bu vəziyyəti kompensasiya etməməlisiniz. 

Meyvələr gözünüzün qarşısında olsun
Xüsusilə mətbəx dəzgahınızın üzərində, göz xəttinizdə təzə və rəngli meyvələr saxlayın. Bu sayədə fərqində olmadan özünüzü vitaminlə təmin etmiş olacaqsınız. Zərurət halında meyvə yemək sizi çox vaxt tənbəlləşdirə bilər. Lakin gözünüzün qarşısında ürəyiniz istəyincə qəbul edəcəyiniz qidalar daha yerində və faydalı olacaq.

İctimai həyat
Dostlarınız və ətrafınızdakılarla edəcəyiniz fəaliyyətlər sizi boş qalmaqdan və bu sayədə davamlı bir şeylər yeməkdən qurtara bilər. Edəcəyiniz fəaliyyətlər sizi aktiv istirahətlə təmin edərkən, zehni olaraqda rahatlamanızı təmin edəcək. Dostlarınızı da daxil edə biləcəyiniz idman fəaliyyətləri-velosipedə minmək, qaçmaq, yerimək kimi daha əyləncəli və təsirli olacaq. Fiziki və zehni olaraq aktiv keçiriləcək bir həftəsonu sonrakı həftəyə daha müsbət və enerjili girmənizi təmin edər.

Haqqımızdakı bütün yeniliklərdən xəbərdar olmaq üçün