• 1
  • 2
12

Yeniliklər

FIZIOTERAPIYA


FIZIOTERAPIYA UVC terapiya, Elektroforez, Fonoforez,(UZT),Darsanval terapiya  MANUAL TERAPİYA  Diz, Oynaq, Onurga problemləri  STOUN TERAPİYA  İsti və soyuq daşlarla stresdən müalicə  ÇİQUN TERAPİYA   Düzgün nəfəs almaq və Gimnastika vasitəsilə yirtigin müalicəsi  MÜALİCƏVİ MASAJLAR  Skolioz, Osteoxondroz, İflic, Travmalar və s.  UŞAQ MASAJLARI  KLASSİK MASAJLAR  QUAŞA  Meredianlarla masaj  Qədın Çin Təbabəti  (daxili orqanların müalicəsi )  KOSMETİK MASAJ...

Anesteziologiya
reanimatalogiya

ANESTEZİOLOGİYA

Klinikada  əməliyyatxana fəaliyyət göstərir. Burada icra olunan bütün əməliyyatlar yüksək səviyyəli anestezioloji xidmət ilə təmin olunur. Əməliyyat otaqlarının müasir tibbi avadanlıqlarla təchiz olunması, dünyada qəbul olunmuş standartlar və anestezioloji protokollar əsasında anesteziya həyata keçirməyə şərait yaradır. Əməliyyatxanalar dünya tibb elminin son tələblərinə cavab verən anesteziya cihazları və monitorlarla təchiz olunub. DRAGER firmasının istehsalı olan FABIUS, PRIMUS və  ZEUS anesteziya cihazları ilə “high-flow” və “low-flow” anesteziyası mümkündür və xəstənin çəkisinə, döş qəfəsi quruluşuna, ağciyərlərinin funksional vəziyyətinə uyğun tənəffüs parametrləri seçərək müxtəlif rejimlərdə ağciyərlərin süni ventilyasiyası ilə, anesteziyanı təmin etmək mümkündür. Bu aparatların yüksək həssaslı “alarm” sistemi hər hansı bir dəyişikliyi anında bildirir və bir sıra ağırlaşmarın qarşısını vaxtında almaq olur.

Əməliyyat zamanı xəstənin həyati göstəriciləri müasir və çoxfunksiyalı BeneView T8 monitorları vasitəsi ilə daimi nəzarətdə saxlanılır. Bu monitor vasitəsi ilə eyni anda xəstənin invaziv və qeyri-invaziv arterial təzyiqi, elektrokardioqramması, hərarəti, nəbzi, qanın oksigenlə təchizatı – SpO2, PCO2 və s. haqqında informasiya almaq mümkündür ki bu da baş verə biləcək ağırlaşmaların qarşısını almağa, anesteziya riskini azaltmağa xidmət edir. Anesteziologiya elminin müasir tələblərinə cavab verən anestetiklərin (halotan, isofluran, sevofluran) istifadəsi yüksək səviyyəli anesteziya aparılmasına, ağırlaşma faizinin minimuma endirilməsinə, əməliyyatdan sonra xəstənin tez və rahat oyanmasına xidmət edir. Buda öz sırasında xəstənin tam komfortunu və qısa bir müddət ərzində reabilitasiyasını təmin edir.

REANİMASİYA VƏ İNTENSİV TERAPİYA

Reanimasiya zalı 6 ümumi və 4 kardiocərrahi çarpayı üçün nəzərdə tutulmuşdur.Cərrahi əməliyyatdan sonrakı xəstələr, eyni zamanda müxtəlif ürək-damar, həzm, tənəffüs, sidik-ifrazat sisteminin ağır xəstəlikləri və poliorqan çatmamazlığı ilə daxil olan xəstələrə nəzarət və müalicə bu bölümdə həyata keçirilir. Müasir çoxfunksiyalı monitorlar BeneView T8 hər bir xəstənin əsas həyati funksiyalarını daimi nəzarətdə saxlamağa imkan verir. Buraya arterial təzyiqin invaziv və qeyri-inaziv metodlarla ölçülməsi,  nəbz, mərkəzi venoz təzyiqi, kapnoqrafiya, bədən temperaturu, pulsoksimetriya (hemoqlobinin oksigenlə doyma dərəcəsi), EKQ monitorinqi,  və s. daxildir. Xəstələrə süni və köməkçi ventilyasiyanın aparılması üçün bölüm MAQUET Servo-S və DRAGER Savina ventilyatorlarla təchiz olunmuşdur. Bu cihazlar hər bir xəstənin vəziyyətinə uyğun olaraq İPPV, VC, PC, SİMV+PS, SİMV+VS, CPAP, BİPAP rejimlərində ventilyasiyasına imkan verir ki, buda ağ ciyərin funksiyasını tamamlayır, baş vermiş xəstəliyin qarşısını alınmasında yardım və xəstənin öz tənəffüs funksiyasının bərpasına kömək olur.  Ağır və kritik xəstələrin infuzion terapiyasını və  dərman maddələrinin xəstənin çəkisinə uyğun dozada yeridilməsi xüsusi ARGUS 707-V və 600-S infuzomat və perfuzor aparatlarının vasitəsilə aparılır.

Haqqımızdakı bütün yeniliklərdən xəbərdar olmaq üçün