• 1
  • 2
12

Yeniliklər

FIZIOTERAPIYA


FIZIOTERAPIYA UVC terapiya, Elektroforez, Fonoforez,(UZT),Darsanval terapiya  MANUAL TERAPİYA  Diz, Oynaq, Onurga problemləri  STOUN TERAPİYA  İsti və soyuq daşlarla stresdən müalicə  ÇİQUN TERAPİYA   Düzgün nəfəs almaq və Gimnastika vasitəsilə yirtigin müalicəsi  MÜALİCƏVİ MASAJLAR  Skolioz, Osteoxondroz, İflic, Travmalar və s.  UŞAQ MASAJLARI  KLASSİK MASAJLAR  QUAŞA  Meredianlarla masaj  Qədın Çin Təbabəti  (daxili orqanların müalicəsi )  KOSMETİK MASAJ...

Neropotologiya

Nevrologiya – tibbin mərkəzi və periferik sinir sistemi xəstəliklərinin diaqnostika, müalicə və profilaktikası ilə məşğul olan sahəsidir.

Istanbul  Klinikasında mərkəzi və periferik sinir sistemi xəstəliklərinin kompleks müalicəsi və müayinəsi aparılır:

1) Angionevrologiya:

  • - baş beyin qan dövranının kəskin pozulması (insult, infarkt)
  • - xroniki beyin damar çatışmamazlığı (serebral ateroskleroz, hipertenziv ensefalopatiya, damar demensiyası və s.)
  •  

2) M.S.S.-in demiyelinizasiya və ekstrapiramid patologiyası:

  • - dağınıq skleroz
  • - yan amiotrofik skleroz
  • - Parkinson xəstəliyi
  • - essensial tremor, tranzitor tiklər
  •  

3) Periferik sinir sistemi və əzələ-sinir xəstəlikləri:

  • - üçlü sinirin nevralgiyası, atipik üz ağrıları; orta, dirsək, mil sinir və digər neyropatiyalar
  • - vestibulopatiya, diabetik polineyropatiya
  • - bel-oma radikuliti, miasteniya
  • - baş beyinin kompressiyası, baş beyinin diffuz zədələnməsi
  • - göz hərəkəti siniri,eşitmə siniri və digər kəllə sinirlərin zədələnməsi
  •  

4) Vertebro-nevroloji patologiya və vegetativ sinir sisteminin xəstəlikləri:

  • - fəqərə sütunu osteoxondrozu, diskogen miyelopatiya
  • - lümbo-işalgiya, radikulopatiya, servikalgiya
  • - servikokranialgiya, servikobraxialgiya, torakalgiya
  • - vegetativ-damar distoniyası.
  • - Reyno sindromu.
  • - essensial hiperhidroz, xroniki idiopatik anhidroz və s.
  •  

5) Baş ağrısı:

  • - gərginlik və klaster baş ağrıları
  • - miqren
  • - posttravmatik xroniki baş ağrıları və s.
  •  

Klinikanın müasir laborator-diaqnostik bazası bu xəstəliklərə vaxtında və dəqiq diaqnoz qoymağa imkan verir

  • - Rentgenoskopiya və rentgenoqrafiya
  • - Elektroensefaloqrafiya və reoensefaloqrafiya
  • - Yuxu və vertebral arteriyaların doppler USM-i
  • - Laborator diaqnostika: kliniki və biokimyəvi müayinələr
  •  

Sinir sistemi xəstəliklərinin müalicəsində medikamentoz terapiya ilə yanaşı fizioterapiya, manual terapiya, müalicəvi massaj, zərbə-dalğalı terapiya və s. müalicə növlərindən istifadə edilir

UŞAQ NEVROLOGİYAS

Hər bir körpənin daim uşaq nevroloqunun (nevropatoloqunun) nəzarəti altında olması çox vacibdir. Burada əsas məqsəd körpənin sinir-psixiki inkişafının düzgün getməsini nəzarətdə saxlamaq, baş vermiş pozğunluqları vaxtında aşkar etməkdir. Əgər doğuş vaxtı uşaq hər hansı bir ağır travmaya məruz qalmayıbsa ilk ayda profilaktik məqsədlə həkim nevroloqun müayinəsi aparılmalıdır. Körpənin bir yaşına qədər mütamadi olaraq həkim nevroloqun müayinəsindən keçməsi çox vacib amildir.

  • - uşaqlar və yeniyetmələrdə epilepsiya
  • - epileptiform paroksizmlər
  • - baş ağrıları, somnambulizm
  • - tiklər, enurez
  • - sinir sisteminin bətndaxili inkişaf qüsurları, uşaq serebral iflici
  • - hiperaktivlik, diqqət zəifliyi sindromu.
  •  

Ehtiyac yarandığı hallarda epileptoloq, psixiatr və uşaq psixoloqunun xidmətlərindən də istifadə edilir

SURDOLOGİYA VƏ SURDOPSİXOLOGİYA

Surdologiya (lat. surdus – kar + yunan dilində logos – öyrənmək deməkdir) – defectologiyanın kar və yaxud eşitmə pozuntuları olan pasientlərin adaptasiya problemləri və sosial reabilitasiyası ilə məşqul olan bir sahəsidir.

Surdopsixologiya (lat. surdus – kar) – psixologiyanın, eşitmə qabiliyyətinin pozulmasından əziyət çəkən şəxslərin psixiki inkişafının qanunauyğunluğunu öyrənən, bir sahəsidir.istanbul Klinikasında defektoloq-surdoloqoped fəaliyyet göstərir. Fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardan ibarətdir:

  • - Nevroloji xəstəliklər (baş beyinin qan sızması, travmatik zədələnməsi və s.) zəminində yaranan nitq qüsurlarının aradan qaldırılması.
  • - Qulaq-burun-boğaz əməliyyatlarından (adenoid,polip və s.) sonra yaranan nitq pozuntularının korreksiyası.
  • - Keçirilmiç stress (kəkələmə) və yaxud peşəkar iş fəaliyyəti ilə əlaqədar nitq problemləri.
  • - Kar və zəif eşidən, koxlear implantant və eşitmə aparatı uşaqlar və böyüklər üçün bərpaedici nitq məşqələləri.
  • - Ali sinir fəaliyyətinin (mutizm, senso-motor alaliya, afaziya, disqrafiya və s.) patologiyasının kurasiyası.
  •  

KLİNİKİ PSİXOLOGİYA VƏ PSİXOTERAPİYA

Kliniki psixologiya – fərdi xüsusiyyətlərin mövcudluğu və onlarla bağlı tibbi reaksiyalarının öyrənilməsi ilə məşqul olan tətbiqi psixologiyanın (psixiatriya ilə çarpazlaşaraq) geniş bir sahəsidir.

Kliniki psixologiyanın psixoterapevtik metodları: konsultasiya, fərdi psixoterapiya, ailə psixoterapiyası, ailəvi konsultasiya və adaptasiya problemlərini yaşayan insanlara müxtəlif dəstək formaları.Istanbul  klinikasında tətbiq olunan əsas metodikalar: 

  • - geştalt terapiyası
  • - neyrolinqvistik psixoanaliz
  • - pasiyent ünvanlı fenomenoloji terapiya
  • - klassik farmakoterapiya
  •  

Kateqoriyalar:

  • - Fərdi xidmət: psixoanaliz, psixoterapiya
  • - Ailə psixoterapiyası
  • - Psixoloji qiymətləndirmə: zəka, şəxsiyyət strukturu, maraq dairəsi və s.
  • - Ənənəvi müalicələr: farmakoloji psixokorreksiya

Fərdi xidmət (psixoanaliz, psixoterapiya) 

Aşağıda sadalayacağımız hallar həyatınızda yaşanırsa, Klinikamızın xidmətlərindən faydalana bilərsiniz:

 

  • - Özümü daha yaxşı tanımaq və həyatdan nə istədiyimi bilmək istəyirəm
  • - İnsanlar məni başa düşmür, istəsəm də ''yox'' deyə bilmirəm
  • - Uşağımı tərbiyələndirməkdə çətinliklərlə üzləşirəm.Yeniyetməlik yaşındakı övladımla anlaşa bilmirəm
  • - Vacib bir seçim qarşısındayam, necə addım atmaq lazım olduğunu bilmirəm
  • - Çox utancağam, xarici görünüşümü bəyənmirəm, komplekslərimlə mübarizə aparıram, insanlarla ünsiyyət qurmaqda çətinlik çəkirəm
  • - Özümə əminliyim yoxdur, dostlarım (rəfiqələrim) çox azdır
  • - Yorğunam, xoşbəxt deyiləm, sanki boşluğun içindəyəm, yuxusuzluqdan əziyyət çəkirəm
  •  

Ailə psixoterapiyası

  • - nigah qabağı və ər-arvad evlilik psixoterapiyası
  • - intim problemlər
  • - ailə daxili yaşanan ünsiyyət-davranış problemləri
  • - boşanma mərhələsindəki ailələr
  • - valideyin-övlad münasibətlərində yaşanan çətinliklər
  • - yeniyetmə dövrünün psixoloji və psixo-seksual problemləri
  •  

Psixoloji qiymətləndirmə

  • - məktəbə qədər uşaqların psixi inkşaf proseslərinin xüsusiyyətlərinin öyrənilməsi testləri
  • - peşə seçiminə kömək edən testlər
  • - qiymətləndirmə (zəka, qabiliyyət, dünya görünüşü, şəxsiyyət strukturu və s.) testləri
  • - şəxsiyyətin temperamenti və digər fərdi tipoloji xüsusiyyətlərinin tədqiqi
  • - psixosomatik və psixopatoloji sindromların differensial diaqnostikası
  •  

Ənənəvi müalicələr: farmakoloji psixokorreksiya

  • - nevrasteniya
  • - həyacan, təşviş halları
  • - isterik, dissosiativ konvulsiyalar və paroksizmlər
  • - asteno-nevrotik, ipoxondrik və depressiv simptomatika
  • - psixo-nevroloji və psixo-vegetativ sindromla

Haqqımızdakı bütün yeniliklərdən xəbərdar olmaq üçün